"Mançester Siti" ilə oyunda topa nəzarət etməliyik"
"Barselona"nın yarımmüdafiəçisi Sesk Fabreqas Çempionlar Liqasında 1/8 finalın cavab oyunu çərçivəsində qarşılaşacaqları "Mançester Siti" ilə oyun haqda danışıb.

UEFA-nın rəsmi saytına danışan ispaniyalı futbolçu "Mançester Siti" ilə oyunda topa nəzarət etməli olduqlarını bildirib:

"Biz oyuna nəzarət etməliyik. 90 dəqiqə ərzində müdafiədə və ya hücumda oynaya bilmərik. İlk görüşdə qələbə qazanmışıq. Buna görə də cavab matçında daha çox topa nəzarəti əlimizdə saxlamalıyıq. "Mançester Siti"yə əks hücum şansı yaratmaq olmaz. Əks təqdirdə işimiz çətin olar".

Qeyd edək ki, "Barselona" - "Mançester Siti" oyunu sabah axşam, Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Xəbər 764 dəfə oxundu.