“Synergy Baku” Xorvatiya və Tayvan yollarında
Azərbaycanın ilk peşəkar velosiped komandası “Synergy Baku” 2014-cü ilin təqvim planına əsasən, Avropa və Asiya turlarında iştirakını davam etdirir. İdman.com.az saytı xəbər verir ki, velosipedçilərimiz bu dəfə Xorvatiya və Tayvan yollarında yarışacaqlar.

5 günlük Tayvan turu (9-13 mart) Beynəlxalq Velosipedçilər Ittifaqının 2.1 kateqoriyasına aiddir. Yürüşdə “Synergy Baku”nu Markus Eybeger, Kristof Şvayzer, Yan Sokol, Samir Cəbrayılov və Aqşin Ismayılov təmsil edəcək. 5 gün ərzində iştirakçılar 733 km məsafə qət edəcəklər.

Xorvatiyada keçiriləcək 1.2 kateqoriyalı birgünlük (9 mart) “Porec Trophy” yuruşundə də 5 velosipedçimiz çıxış edəcək. Filipp Laveri, Aleksandr Surutkoviç, Konnor Makkonvey, Maksim Averin və Məhəmməd Ələkbərov 149 km məsafədə yarışmaqla fəxri kürsüyə qalxmağa çalışacaqlar.

Xəbər 1070 dəfə oxundu.