İniyesta: "Real"ı məğlub etmək çətin olacaq"
"Barselona" klubunun yarımmüdafiəçisi Andres İniyesta martın 24-də La Liqada Madrid "Real"ı ilə oynayacaqları derbi haqda fikirlərini bölüşüb.

İniyesta İspaniya mətbuatına açıqlamasında "Real"ı məğlub etməyin çox çətin olacağını bildirib:

"Real"la qarşılaşma bizim üçün çox önəmlidir. Onları məğlub etməliyik. Ancaq bu çox çətin tapşırıqdır. "Real"dan öncə biz "Valyadolid" və "Osasuna"ya qalib gəlməliyik. Ardında "Real"la oyunu düşünəcəyik. Çempionluq uğrunda mübarizəni davam etdirmək istəyiriksə, "Real"ı məğlub etməliyik".

Qeyd edək ki, "Real" - "Barselona oyunu martın 24-də, Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Xəbər 908 dəfə oxundu.