Atletika üzrə rayon çempionatı.
Martın 5-də Astara Olimpiya İdman Kompleksində Kross üzrə ( 1500m və 3000m) qızlar ( 1500 m) və oğlanlar (3000 m) arasında rayon turniri keçirilib.

Yarışda 105 idmançı mübarizə aparıb.

Qızlar arasında 1500 metr məsafəyə kross qaçışında birinci, ikinci və üçüncü yerlərə müvafiq olaraq Mahirə Şahanzadə ( Səncərədi kənd tam orta məktəb), Günay Qeybiyeva (Səncərədi kənd tam orta məktəb) və Vüsalə Xalıqzadə (Artupa kənd tam orta məktəb), oğlanlar arasında 3000 metr məsafəyə kross qaçışında İlham Sadıqzadə (Artupa kənd tam orta məktəb), Neyməddin Qənizadə ( Səncərədi kənd tam orta məktəb), Orxan Cabbarov (Artupa kənd tam orta məktəb) layiq görülüb.

Fəxri yerləri qazanan idmançılar Rayon Gənclər və İdman idarəsi tərəfindən diplom, medal və hədiyyələrlə mükafatlandırılıblar.

Xəbər 979 dəfə oxundu.