Mingəçevirdə mini-futbol üzrə şəhər turniri keçirilib
28 fevral 5 mart tarixlərində 5 mart “Bədən tərbiyəsi və İdman günü”nə həsr olunmuş tədbirlər planına uyğun olaraq ali və orta ixtisas məktəb tələbələri arasında mini-futbol üzrə şəhər turniri keçirilib.

Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionunda 96 nəfər idmançının iştirakı ilə keçirilən yarışın məqsədi ali və orta ixtisas məktəblərinin Respublika yarışlarında təmsil edəcək idmançı və komandaları müəyyən etmək olub, mini-futbolun papulyarlığının artırılması, idmançıların fiziki və texniki hazırlığına baxış, perspektivli gənc idmançıların aşkar edilib, üzə çızarılması və idmançılar arasında ənənəvi dostluq əlaqələrini yaratmaq olub.

Sonda birinci yerə Politexnik-1, ikinciyə Mingəçevir Turizm Kolleci, üçüncüyə Politexnik-2 layiq görülüb.

Xəbər 1290 dəfə oxundu.