Belçikanın “Anderlext” futbol komandası Azərbaycana gələcək
Mayın 29-dan iyunun 1-dək 15 yaşadək futbolçulardan ibarət komandalar arasında keçiriləcək III Qəbələ Kuboku Beynəlxalq turnirinin daha bir iştirakçısı müəyyənləşmişdir.

“Fənərbaxça” (Türkiyə), “Lokomotiv” (Moskva, Rusiya), “Liverpul” (İngiltərə) və “Olimpik”in (Marsel, Fransa) ardından Belçikanın “Anderlext” komandası da turnirdə iştirak edəcəyini rəsmən təsdiqləmişdir.

Artıq ənənəyə çevrilən turnirin coğrafiyası ildən-ilə genişlənməkdədir. Bu ilki yarışda ilk dəfə olaraq İngiltərə, Fransa və Belçika təmsilçiləri yer alacaqlar. Bunadək İspaniya, Hollandiya, Portuqaliya, Türkiyə, Danimarka, Rusiya, Serbiya və Ukrayna təmsilçiləri turnirdə çıxış etmişdilər.

Xəbər 934 dəfə oxundu.