"İnter" Bakari Sanyanın cavabını gözləyir
Mövsümün sonunda "Arsenal"dan ayrılacağı gözlənilən Bakari Sanya daha bir klubun maraq dairəsinə düşüb.

"İnter" klubu fransız futbolçunun xidmətində maraqlıdır.

Artıq Milan təmsilçisi Sanyaya rəsmi təklif göndərib. Lakin 31 yaşlı futbolçu hələlik "İnter"in təklifinə münasibət bildirməyib. "İnter"in direktoru Pyero Auzilio Sanyanın razılığını alacaqları təqdirdə futbolçu ilə 2 illik müqavilə imzalayacaqlarını açıqlayıb.

Qeyd edək ki, Sanya ilə "Liverpul", Monako" və "Napoli" klubları da yaxından maraqlanır.

Xəbər 872 dəfə oxundu.