Kloze: "Dünya çempionatı son turnirim olacaq"
Almaniya millisinin hücumçusu Miroslav Kloze gələcək karyerası ilə bağlı açıqlama verib.

35 yaşlı futbolçu Braziliyada keçiriləcək dünya çempionatından sonra milli karyerasına son qoyacağını bildirib:

"Dünya çempionatı mənim son böyük turnirim olacaq. Mundialdan sonra Almaniya millisindəki karyerama son qoyacam. Klubdakı karyerama gəlincə isə hələ bir neçə il futbol oynamağı planlaşdırıram".

Xəbər 826 dəfə oxundu.