Ronaldonun yeni hədəfi
Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldo yeni hədəfini açıqlayıb.

Kamerunla yoldaşlıq görüşündə dubla imza ataraq öz ölkəsinin ən çox qol vuran oyunçusu olan Ronaldo indi də Luiş Fiqunun rekordunu qırmaq istədiyini deyib:

"Pauletanın rekordunu qırdığım üçün çox xoşbəxtəm. O, oyundan sonra zəng edib, məni təbrik etdi. Bundan sonra Fiqunun rekordunu qırmağa çalışacam".

Qeyd edək ki, L.Fiqu Portuqaliya yığmasında ən çox oynayan (127) futbolçudur. İndiyə kimi 100 matçda millinin şərəfini qoruyan Ronaldo isə daha 18 matçda öz ölkəsinin millisiylə oyuna çıxsa, bu rekordu da qırmış olacaq.

Xatırladaq ki, Ronaldo Portuqaliyanın Kamerunu 5:1 hesabı ilə məğlub etdikləri matçda iki dəfə fərqlənərək qollarının sayını 49-a yüksəldib. Bununla da o, Pauletanın rekordunu (47) qıraraq öz ölkəsinin ən çox qol vuran futbolçusu olub.

Xəbər 897 dəfə oxundu.