Masallıda Cüdo idman növü üzrə rayon birinciliyi
05-06 mart tarixlərdə Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Masallı şəhər 2 saylı tam orta məktəbin idman zalında “5 Mart-Bədən tərbiyəsi və idman günü” nə həsr olunmuş yeniyetmə və gənclər arasında cüdo üzrə rayon birinciliyi keçirilib.

55 idmançının iştirakı ilə 10 çəki dərəcəsində idmançılar öz güclərini sınayıblar.

Rayon birinciliyində qalib gələn idmançılar Masallı rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

Xəbər 2536 dəfə oxundu.