“Neftçi” və “Qarabağ” ilk tura yekun vurdular
Bu gün futbol üzrə ölkə çempionatının premyer-liqasında ilk turdan təxirə salınmış “Neftçi” – “Qarabağ” qarşılaşması keçirilib. Gərgin keçən qarşılaşmada paytaxt klubu 3:2 hesabı ilə qalib gəlib.

“Neftçi” – “Qarabağ”. 3:2

Qollar: Rəşad Abdullayev, 27, Admir Teli, 67 (ö.q.), Flavio Aleks Valensio, 72; Əfran İsmayılov, 4, 24.

Vərəqələr: İqor Mitreski, 61, Flavio Aleks Valensio, 74, Bahodir Nasimov, 90+2; Qara Qarayev, 67, Rauf Əliyev, 89,
Maksim Medvedev, 90+2

Xəbər 1069 dəfə oxundu.