Raul Qonzales futbolçu karyerasını başa vurur
Madrid "Real"ının məşhur oyunçusu və hazırda "Əl Sədd" klubunun şərəfini qoruyan Raul Qonzales mövsümün sonunda futbolçu karyerasını başa vuracaq.

Bu barədə Qətər təmsilçisinin nümayəndəsi açıqlamasında deyib.

Bildirib ki, 36 yaşlı hücumçunu daha bir il klubda saxlamaq istəsələr də, o, futbolçu karyerasını başa vurmağa qərar verib.

Qeyd edək ki, dizindən zədələnən Raul bu mövsüm yalnız bir qol vura bilib.

Xəbər 834 dəfə oxundu.