Zərdabda rayon birinciliyi keçirilib
3-5 mart tarixlərində 5 mart “Bədən tərbiyəsi və idman günü” münasibətilə yeniyetmələr arasında taekvondo idman növü üzrə rayon birinciliyi keçirilib.

Zərdab şəhəri Qəsəbə mədəniyyət evinin zalında 60 nəfərin iştirakı keçirilən yarışın məqsədi 5 mart “Bədən tərbiyəsi və idman günü” qeyd etmək və rayonda idmanın taekvondo növünü inkişaf etdirmək olub.

Sonda oğlanlar arasında İbrahim Şirinov (25 kq), İlkin Əlizadə (30 kq), Şəmil Xəlilzadə (35 kq), Fərid Salmanov (40 kq), Ramil Qurbanov (45 kq), Elnur Babayev(55 kq); qızlar arasında Səmərrux Osmanova (25 kq), Səmra Qubadlı (80 kq) yüksək yerlərə layiq görülüblər.

Xəbər 1032 dəfə oxundu.