Siyəzəndə rayon birinciliyi keçirilib
Siyəzən rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə 3-5 mart tarixlərində Gənclər Mərkəzində şahmat üzrə yeniyetmə oğlanlar və qızlar arasında rayon birinciliyi keçirilib.

5 Mart “Bədən tərbiyəsi və idman günü”nə həsr olunmuş yarışda qalib adı uğrunda 40-dan çox yeniyetmə mübarizə aparıb.
Olimpiya sistemi üzrə təşkil olunan yarış hakimlər heyəti tərəfindən idarə olunub. Şahmat idman növünün inkişaf etdirilməsi, bu idman növünə yeniyetmələrin marağının artırılması, asudə vaxtlarının səmərəli təşkili, perspektivli şahmatçıların aşkara çıxarılması, həmçinin “Bədən tərbiyəsi və idman günü”nün qeyd olunması məqsədi ilə keçirilən yarış 3 gün davam edib.
Şəhər 1 saylı məktəbin şagirdi Əliyar Heydərov birinci yer tutaraq rayon birinciliyinin qalibi olub. Şəhər 3 və 6 saylı məktəblərin şagirdləri Kamran Əsədov və Dadaş Baxşıyev isə ikinci və üçüncü yerləri bölüşüblər.

Sonda qaliblər rayon Gənclər və İdman idarəsi tərəfindən fəxri fərmanlarla təltif olunublar.

Xəbər 1043 dəfə oxundu.