Futbol üzrə Azərbaycan milli komandası ABŞ yığması ilə yoldaşlıq oyunu keçirəcək
Futbol üzrə Azərbaycan milli komandasının daha bir yoldaşlıq oyunu keçirəcəyi dəqiqləşmişdir.

Millimiz mayın 27-də San-Fransisko şəhərində ABŞ yığması ilə yoldaşlıq görüşü keçirəcəkdir.
Hazırda FIFA-nın reytinq cədvəlində 13-cü pillədə olan ABŞ millisi bu il Braziliyada keçiriləcək dünya çempionatında Almaniya, Portuqaliya və Qana yığmaları ilə birgə G qrupunda mübarizə aparacaqdır.

Millimiz martın 5-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Filippin yığması ilə yoldaşlıq oyunu keçirmiş və rəqibinə 1:0 hesabı ilə qalib gəlmişdir.

Xəbər 982 dəfə oxundu.