İmişlidə rayon birinciliyi keçirilib
Fevralın 27-də İmişli rayon Gənclər və İdman idarəsi, Təhsil şöbəsi və UGİM-i birgə dəstəyi ilə 1997-98-ci il təvəllüdlü məktəblilər arasında “05 mart Bədən Tərbiyəsi və İdman günü” münasibəti ilə voleybol üzrə 1997-98-ci il təvəllüdlü məktəblilər arasında rayon birinciliyi keçirilib.

2 saylı şəhər orta məktəbin idman zalında keçirilən yarışda hər komandada 12 nəfər tərkib olmaqla 16 komanda iştirak edib.

Yekun nəticələrə görə 8 saylı birinci yerə, 6 saylı ikinciyə, 3 saylı şəhər orta məktəbin komandası üçüncüyə layiq görülüblər.

Sonda yüksək yerləri tutan komandalar idarəmiz tərəfindən diplom və kuboklarla mükafatlandırılıblar.

Xəbər 908 dəfə oxundu.