Rayon birinciliyi keçirilib
4-5 mart tarixlərində 5 mart “Bədən tərbiyəsi və idman günü” münasibətilə uşaq və yeniyetmələr arasında karatenin VKC idman növü üzrə rayon birinciliyi keçirilib.

Zərdab şəhəri Qəsəbə mədəniyyət evinin zalı 45 nəfərin iştirakı ilə keçirilən yarışın məqsədi 5 mart “Bədən tərbiyəsi və idman günü” qeyd etmək və rayonda idmanın karate növünü inkişaf etdirmək olub.

Sonda oğlanlar arasında Xəzər Əliyev (25 kq), Sabir Babayev (40 kq), Mikayıl Kərimli (55 kq); qızlar arasında Turanə Həsənova (40 kq), Fidan Babayeva (45 kq) yüksək yerlərə layiq görülüblər.

Xəbər 846 dəfə oxundu.