Cüdo üzrə rayon turniri keçirilib
Martın 4-də Ağcabədi rayon Gənclər və İdman idarəsinin dəstəyi ilə 05 Mart –“ Bədən tərbiyəsi və idman günü”nə həsr olunmuş uşaq və yeniyetmələr arasında cüdo üzrə rayon turniri keçirilib.

Ağcabədi Mərkəzi stadionunda 27 nəfərin iştirakı ilə keçirilən yarışın məqsədi 05 Mart –“ Bədən tərbiyəsi və idman günü nün qeyd olunması və cüdo idman növünün inkişaf etdirilməsi olub.

Sonda 2002-2003-cü il təvəllüdlü uşaqlar arasında Toğrul İbrahimov (34kq), Həsənağa İbrahimli (34 kq) yüksək yerlərə layiq görülüblər.

Xəbər 807 dəfə oxundu.