Ağcabədidə rayon turniri keçirilib
Martın 3-də Ağcabədi rayon Gənclər və İdman idarəsinin dəstəyi ilə 5 Mart “Bədən tərbiyəsi və idman günü”nə həsr olunmuş uşaq və yeniyetmələr arasında taekvondo idman növü üzrə rayon turniri keçirilib.

Ağcabədi Mərkəzi stadionunda 35 nəfərin iştirakı ilə keçirilən yarışın məqsədi 05 Mart –“ Bədən tərbiyəsi və idman günü nün qeyd olunması və Taekvondo idman növünün inkişaf etdirilməsi olub.

Sonda 11-12 yaşlı uşaqlar arasında Rauf Rəhimov (30 kq), Emil Məmmədov (45 kq), Zaur Şirinov (33 kq), Rauf Vəlizadə (37 kq) yüksək yelərə layiq görülüb.

Xəbər 782 dəfə oxundu.