Avropaya daha bir yolun başlanğıcında

Ölkə futbol klublarının Avropaya aparan daha bir yolun xəritəsi cızıldı. Sayca 20-ci yarışın püşkünə əsasən, Azərbaycanın Avropa Liqasında əsas təmsilçsinin adını bəlli edəcək turnirdə, əvvəldən də deyildiyi kimi, 21 komanda yarışacaq. Turnirin bir üstünlüyü də ondadır ki, yarışın qalibi və ya qalib ölkə çempionu olarsa, finalçısı Avroliqanın ikinci mərhələsindən mübarizəyə qoşulacaq.
1/16 final adlandırılmış mərhələdə yalnız bir elita komandası olacaq. Sonrakı mərhələdə isə artıq 3 elita təmsilçisinin bir-biri ilə dueli maraq doğurur. Əlbəttə, əsas mübarizə yenə də gələn ilə təsadüf edəcək 1/4 finaldan başlayacaq. Qeyd edək ki, bu mərhələyə qədər bir oyundan ibarət olacaq.

Püşkün nəticələri:
1/16 final. 26 oktyabr (çərşənbə)
1. “Şahdağ” (Qusar) - “Muğan” (Salyan)
2. “Tərəqqi” (Gəncə) - “Neftçala”
3. “Lokomotiv” (Biləcəri) - “Sumqayıt Şəhər”
4. “Şuşa” - “Qaradağ” (Lökbatan)
5. “Bakılı” - “Karvan” (Yevlax)

1/8 final. 30 noyabr (çərşənbə)
1. "Bakı" - "Rəvan" (Bakı)
2. AZAL (Bakı) – 1-ci cütün qalibi
3. "Qəbələ" - 2-ci cütün qalibi
4. "Qarabağ" (Ağdam) - 3-cü cütün qalibi
5. "İnter" (Bakı) - "Turan" (Tovuz)
6."Xəzər Lənkəran" - 4-cü cütün qalibi
7. "Kəpəz" (Gəncə) - 5-ci cütün qalibi
8. "Simurq" (Zaqatala) - "Neftçi"
1/4 final mərhələsi
2012-ci il
7-8 mart (çərşənbə-cümə axşamı) - 13-14 mart (çərşənbə-cümə axşamı)
A. 1-ci cüt - 2-ci cüt
B. 3-cü cüt - 4-cü cüt
C. 5-ci cüt - 6-cı cüt
D. 7-ci cüt - 8-cü cüt

1/2 final
18 aprel (çərşənbə) - 25 aprel (çərşənbə)
«A» cütü – «B» cütü
«C» cütü – «D» cütü

Final
17 may (cümə axşamı)

Adsız futbol xəbərləri
* İsveçrənin Nyon şəhərində futzal klublarının UEFA Kubokunun elit mərhələsinin püşkatması Azərbaycan çempionunu İspaniyaya yollayıb. Turnirə Barselonada noyabrın 17-də (saat 21:30) Niderland «Eyndhoven»inə qarşı matçla başlayacaq «Araz», ertəsi gün (saat 21:45) Çexiyanın «Era Park Xrudim»ini sınağa çəkəcək. Bir günlük istirahətdən sonra komandamız turnirdə ən çətin göürüşünü meydan sahiblərinə qarşı keçirəcək. Yerli eyniadlı klubla görüş saat 20:00-da başlayacaq.
Digər qruplarda vəziyyət belədir: «A» - «Dinamo»Moskva (Rusiya), «Kayrat» (Qazaxıstan), «Ekonomaç» (Serbiya), «Şatelino» (Belçika); «C» - «Sportinq» (Potuqaliya), «İberia Star» (Gürcüstan), «Tyarqu-Müreş» (Rumıniya), «Qyori ETO» (Macarıstan); «D» - «Marka» (İtaliya), «Montesilvano» (İtaliya), «Slov-Matik» (Slovakiya), «Uraqan» (Ukrayna). Qeyd edək ki, qruplarda adları birinci çəkilən klublar ev sahibləridir.
* FİFA milli futbol komandalarının növbəti reytinq cədvəlini açıqlayıb. Budəfəki təsnifatda yığmamız 20 pillə geriləyərək, 265 xalla 117-ci yerə enib. Ardıcıl 23-cü ev qələbəsini qazanmış İspaniya lider olaraq qalır. 2-ci yerdə Niderland, 3-cü də Almaniyadır. Cədvəlin ən maraqlı məqamı ötən 50 ildə İsveçrəyə ikinci dəfə qalib gəlmiş Uelsin 8 il sonra təsnifatın ilk 50-liyinə qayıtmasıdır. Cənubi Amerikada Venesuela tarixində ilk dəfə Argentina üzərində qazandığı qələbə sayəsində 7 pillə irəliləyib və 40-cıdır. Ay ərzində cədvələ təsir göstərə bilən 136 oyun keçirilib. Növbəti reytinq noyabrın 23-də açıqlanacaq.
* AFFA-nın nizam-intizam komitəsi Avstriya ilə Avro-2012-nin seçmə mərəhələ görüşündən sonra milli komandanın qərargahını özbaşına tərk etmiş Vaqif Cavadovla bağlı qərar qəbul edərək, onu komitənin əsasnaməsinin 2-ci maddəsinin 4-cü bəndinə əsasən, bir il müddətinə ölkənin bir nömrəli futbol komandasından kənarlaşdırıb. Maraqlıdır ki, həmin sənədin 79-cu maddəsinə əsasən, Vaqif Azərbaycan Premyer Liqasında çıxış edəcəyi təqdirdə 5 təqvim oyunundan kənarlaşdırılmaqla, klubu 5 min manat cərimə olunacaq. Belə çıxır ki, o, birinci divizionda çıxış etmək istəsə, qərar qüvvədən düşmüş sayılacaq. Bu müddət ərzində onu yığmaya yalnız milli komandanın baş məşqçisi qaytara bilər. Rəşad Abdullayev də seleksiya xarakteri daşıyan təlim-məşqdən imtina etdiyinə görə, «Neftçi» klubuna futbolçunun hərəkəti ilə bağlı məktub göndərilib.


Xəbər 970 dəfə oxundu.