“İdman günü”nə həsr olunmuş tədbir keçirilib
Martın 5-də Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Gənclər Mərkəzində 5 mart – Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Uşaq-Gənclər Şahmat Məktəbinin direktoru Famil Fərmanlı, veteran idmançı Böyükağa Ağayev çıxış edərək idmançıları təbrik ediblər.

Sonda Bir qurp idmançılar və veteran məşqçilər Gənclər və İdman İdarəsi tərəfindən fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

Xəbər 935 dəfə oxundu.