Lerikdə voleybol yarışı keçirilib
4-5 mart Lerik Rayon Gənclər və İdman İdarəsinin dəstəyi ilə 5 Mart “Bədən tərbiyəsi və idman günü” münasibətilə gənclər arasında voleybol yarışı keçirilib.

Şəhər 2 saylı orta məktəbin idman zalında 54 nəfərin iştirakı ilə keçirilən yarışın məqsədi 5 Mart “Bədən tərbiyəsi və idman günü”nün qeyd edilməsi, voleybol idman növünün inkişaf etdirilməsi, qaliblərin aşkar edilməsi olub.

Sonda qaliblər aşkar olunub və mükafatlandırılıb

Xəbər 1417 dəfə oxundu.