“İpək Yolu” yarışına liderlərsiz
Sabah Şağan Olimpiya İdman Kompleksində boks üzrə “Böyük İpək Yolu” ənənəvi beynəlxalq turnirə start veriləcək. Yarışda Azərbaycan idmançıları ilə yanaşı, Qazaxıstan, Gürcüstan, Ukrayna, Rusiya, Litva, Qırğızıstan, Türkmənistan, İran və Qatar komandaları iştirak edəcək. Martın 9-dək davam edəcək turnirdə milli komandamızın bir çox aparıcı boksçuları müxtəlif səbəblərdən iştirak etməyəcəklər. Ancaq Tural Əhmədov (56 kq), Nəsrəddin Məmmədov (60 kq) Lorenzo Sotomayor (64 kq), Tamerlan Abdullayev (69 kq) kimi müxtəlif turnirlərin qalib və mükafatçılarının rinqə çıxması gözlənilir. Qeyd edək ki, milli komandamız bu yarışa qədər Qəbələ və Lənkəranda təlim-məşq toplanışı keçib. Lənkəran toplanışında Qazaxıstan və Gürcüstan boksçuları da yığmamızla birgə məşq ediblər.

Xəbər 1052 dəfə oxundu.