Pike: "Sən mənim qoruyucu mələyim idin"
"Barselona"nn futbolçusu Jerard Pike mövsümün sonunda Kataloniya klubundan ayrılacaq komanda yoldaşı Karles Puyola məktub yazıb.

Məktubda o, Puyolsuz onun üçün "Barsa"da çox çətin olacağını bildirib.

"Geriyə baxdığımda Parisdə və Romada qazandığımız Çempionlar Liqası kubokunun başınn üzərinə qaldırdığını xatırlayıram. Amma “Uembli”də bunu Abidalın etməsini istəmişdin. Etdiyin hərəkət isə səni hər kəsin gözündə ucaltmışdı.

6 il əvvəl tanış olduğumuz zaman sən komandanın əsas futbolçusu, mənsə dünyanı kəşf etməyə çalışan biriydim. Amma ilk gündən indiyə kimi həm meydanda, həm də kənarda yaxşı münasibətlərimiz oldu. Oyunlarda bir səhv etdiyim zamanı mənə kömək edəcəyini bilirdim. Sən mənim qoruyucu mələyim idin" – deyə məktubda qeyd olunub.

Xəbər 991 dəfə oxundu.