İbrahimoviç: "Heç bir komanda bizi dayandıra bilməz"
PSJ-nin futbolçusu Zlatan İbrahimoviç iddialı açıqlama verib.

İsveçli hücumçu deyib ki, Fransa liqasında heç bir komanda onları birinci pillədən aşağı sala bilməz:

"Hər şey öz əlimizdədi. Bu cür oynamağa davam etməliyik. Heç bir komanda bizi dayandıra bilməz".

Zədəsini yeni sağaldan Kavani haqda da danışan İbrahimoviç onun kimi futbolçuya PSJ-nin hər zaman ehtiyacı olduğunu bildirib.

Qeyd edək ki, PSJ hazırda turnir cədvəlində 64 xalla birinci pillədədir.

Xəbər 790 dəfə oxundu.