Qadınlar arasında şahmat üzrə Azərbaycan çempionatı başlayıb
Martın 5-də Respublika Şahmat Mərkəzində qadınlar arasında Azərbaycan çempionatı başlamışdır.

Çempionatda 12 qadın şahmatçı - Gülnar Məmmədova, Zeynəb Məmmədyarova, Türkan Məmmədyarova, Nərgiz Umudova, Xəyalə Abdulla, Nərmin Kazımova, Nərmin Xələfova, Səbinə İbrahimova, Günay Məmmədzadə, Səbinə Quliyeva, Aytən Əmrayeva və Səhər Hüseynova birincilik uğrunda mübarizə aparırlar.
Çempionatda ilk üç yeri tutacaq şahmatçılar Gənclər və İdman Nazirliyinin diplomları, Azərbaycan Şahmat Federasiyasının medalları ilə təltif olunacaq və 2014-cü ilin fərdi Avropa çempionatına vəsiqə əldə edəcəklər.

Dairəvi sistemlə keçirilən və 11 turdan ibarət olan çempionat martın 15-də başa çatacaqdır.

Xəbər 1154 dəfə oxundu.