Karles Puyol Barsadan gedəcəyini rəsmən elan etdi
Dünən Barselona şəhərində Karles Puyolun mətbuat konfransı keçirilib. Əfsanəvi kapitan gələcək planları barədə danışıb. İdmançı mətbuat konfransında çoxdan gözlənilən bəzi məsələlərə aydınlıq gətirlib.

Artıq onun Barselonadan gedəcəyi dəqiqdir. Puyol bu mövsümün onun üçün sonuncu olduğunu rəsmən bəyan edib.

Belə bir addımın atılmasının səbəbi müdafiəçinin start heyətinə düşməkdə problemlərlə üzləşməsidir. Karles bunu tez-tez zədələnməsi ilə əlaqələnirib. Xatırladaq ki, son iki ildə müdafiəçi bir neçə dəfə müxtəlif müddətli zədələrlə üz-üzə qalıb. Məhz bu zədələrin onun formasına təsir etdiyini söyləyən Karles Puyol komandaya artıq yük olmaq istəməsinə gətirib çıxarıb.

Gələcək planları haqda danışan Puyol bir neçə təklif aldığını qeyd edib. Əsas variant kimi o , ölkədən xaricdə çıxışı bildirib. Hazırda əfsanəvi futbolçunu ABŞ və Qatarın bir neçə komandası heyətində görmək istəyir. Harada karyerasını davam etdirəcəyini isə o, qarşıdakı 2 ayda müəyyənləşdirəcək

Xəbər 1127 dəfə oxundu.