"Qrupda üçüncü yeri tutmağı düşünməliyik"
Milli komandamızın və "İnter"in yarımmüdafiəçisi Abdulla Abatsiyev bu gün Dubayda keçiriləcək Filippinlə yoxlama matçı öncəsi fikirlərini bildirib.

Gənc futbolçu bunları söyləyib:

“Layiqli oyun nümayiş etdirmək lazımdı. Axı bu, ilin ilk matçıdı. Komandanın nəyə qadir olduğuna baxmaq lazımdı. Seçmə mərhələyə gəlincə, İtaliya və Xorvatiya yığmaları qrupun aşkar favoritləridir. Ancaq onlara qarşı oynamaq olar. Qrupda 3-cü yeri tutmaq barədə düşünməliyik”.

Xəbər 758 dəfə oxundu.