Sumqayıtda “idman günü” münasibətilə tədbir keçirilib
“5 Mart –Bədən tərbiyəsi və İdman günü” münasibətilə Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən silsilə tədbirlər keçirilib. Tədbirdən əvvəl tanınmış idmançılar və məşqçi müəllimlərin bir qrupu Müstəqil Azərbaycan Dövlətinin banisi Ümummilli Lider Heydər Əliyevinin abidəsini və Şəhidlər Xiyabanını dərin ehtiramla ziyarət edərək çiçək dəstələri qoyublar. Sonra Paralimpiya İdman Kompleksində üzgüçülük üzrə açıq şəhər birinciliyinin açılış mərasimi keçirilib.

Tədbirin sonunda 2013-cü ildə əldə etdikləri nəticələrə görə idmançılara və onların məşqçilərinə şəhər Gənclər və İdman Baş İdarəsinin fəxri fərmanları və hədiyyələri təqdim olunub.

Xəbər 860 dəfə oxundu.