Droqba: "Məni onunla müqayisə etməyin"
"Qalatasaray"ın futbolçusu Didye Droqba "Everton"da icarə əsasında oynayan Romelu Lukaku ilə müqayisə olunmaq istəmir.

Fil Dişi Sahili yığmasının hücumçusu deyib ki, belçikalı oyunçu ilə onun arasında fərqlər var:

"Lukaku ilə məni daha müqayisə etməyin. Onun məni idealı hesab etməsi qürurvericidir. Ancaq artıq insanlar buna son verməlidirlər. İkimiz də güclü futboçularıq. Onda məndə olmayan, məndə isə onda olmayan xüsusiyyətlər var. Bundan başqa Lukaku hələ gəncdir. O, 19 yaşında ikən "Çelsi"yə getdi. Mən isə o yaşlarda "Le Mans"da oynayırdım".

Xəbər 863 dəfə oxundu.