Ağayev Adil Həbib oğlu
Ağayev Adil Həbib oğlu 24 may 1947-ci ildə Bakı şəhərində anadan olub. 1973-cü ildən əmək fəaliyyətinə müəllim vəzifəsindən başlayıb. Həmin ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirib. Futbol idman növü ilə məşğul olub. 1979-cu ildə futbol üzrə SSRİ-nin və Respublika çempionatının oyunlarında yüksək səviyyədə hakimlik etdiyinə görə “Respublika dərəcəli hakim” adına layiq görülüb. O, Bakı Şəhər İdman Komitəsində, “Neftçi” İC-də və Qaradağ rayon İdman Komitəsində sədr vəzifəsində işləyib. 1995-ci ildə Azərbaycan Respublikasının “Fəxri bədən tərbiyəsi və idman işçisi” fəxri adına layiq görülüb. 1995-ci ildən Bakı Şəhər Gənclər və İdman Baş İdarəsində sektor müdiri vəzifəsində çalışır.

Azərbaycan Respublikası Prezidentinin 5 mart 2008-ci il tarixli sərəncamı ilə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adına layiq görülüb.

Xəbər 3933 dəfə oxundu.