Löv: "Dünya çempionatına hazır deyilik"
Almaniya millisi bu il Braziliyada baş tutacaq dünya çemnpionatına hələ hazır deyil.

Bu barədə yığmanın baş məşqçisi Yoahim Löv açıqlamasında deyib. Bildirib ki, komandada hazırda çox sayda zədəli futbolçu var:

"Favorit hesab oluna bilərik, amma oyunçularımın uzun müddətdir zədəli olması məni narahat edir. Fiziki cəhətdən tam hazır deyilik. Dünya çempionatına qədər bütün problemləri həll etməliyik".

Qeyd edək ki, hazırda Almaniya millisindən zədəli futbolçular sırasında Bastian Şvaynştayger, İlkay Gündoğan, Sami Xedira, Mats Hummels və Mario Qomes var.

Xəbər 883 dəfə oxundu.