PSJ-nin İvanoviç israrı davam edir
Fransanın PSJ klubu "Çelsi"nin müdafiəçisi Branislav İvanoviçi transfer etməkdə israrlıdır.

Paris təmsilçisi serbiyalı futbolçunun transferi ilə bağlı yenidən "Çelsi"yə müraciət edib.

Lakin London klubunun baş məşqçisi Joze Mourinyo İvanoviçi buraxmaq niyyətində deyil. "Çelsi" ilə iki illik müqaviləsi olan təcrübəli futbolçunun da İngiltərədə qalmaq istədiyi bildirilir.

Qeyd edək ki, İvanoviç 2008-ci ildə "Lokomotiv" (Moskva) klubundan "Çelsi"yə transfer olunmuşdu.

Xəbər 976 dəfə oxundu.