Yeniyetmələrin Azərbaycan çempionatı ilk gün
“Sərhədçi” İdman Olimpiya Mərkəzində yeniyetmə və gənclər arasında sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatı start götürüb.

Çempionat FİLA-nın mövcud qaydalarına əsasən təşkil olunacaq və şəxsi xarakter daşıyır. Yeniyetmələrin mübarizəsində ötən ay keçirilmiş zonaların seçim yarışlarında lisenziya qazanmış 1997-1999-cu il təvəllüdlü, gənclərin mübarizəsində isə, klub və cəmiyyətlərin yığma komandalarının üzvü olan 1994-1996-cı il təvəllüdlü idmançılar iştirak edir.

Yarışlar hər gün səhər saat 10:00-da başlanır. Təntənəli açılış marasimi martın 3-ü, saat 17:00-da baş tutacaq.

Hər çəki dərəcəsində mükafata layiq yerlər tutmuş idmançılar medal və diplomla yanaşı, AGF tərəfindən pul mükafatı ilə də təltif olunacaq və yığma komandanın heyətinə cəlb olunacaq.

Turnirin proqramına əsasən, çempionatın ilk günündə yunan-Roma güləşi üzrə 42, 46, 50, 54, 58, 63 kq çəki dərəcəsində yeniyetmələr mübarizə aparır.

Günün birinci yarısında ilkin və təsəlliverici görüşlər keçirilib. 6 çəki dərəcəsində 120 pəhləvanın mübarizəsində artıq finalçılar məlumdur.

42 kq
FİNAL - Ramal Əhədli (Sumqayıt, TİM) - Zaur Nuriyev (Məhsul İC)
Bürünc medal görüşü - Bəhruz Kərimov (Kürdəmir) - Elşad Məmmədov (Neftçi İSM)
Bürünc medal görüşü - Səid Cahangirzadə (Lənkəran) - Ramil İsrafilov (Cəngi GK)

46 kq
FİNAL - Ədil Sadıqzadə (Zəngilan) - Seymur Hüseynov (Neftçi İSM, Cəngi GK)
Bürünc medal görüşü - Rəşad Abdulov (Sumqayıt, Zenit İC) - Elnur Musayev (6 UGGİM)
Bürünc medal görüşü - Nofəl Babayev (Sumqayıt, Zenit İC) - Rəsul Əsgərov (Pəhləvan İK)

50 kq
FİNAL - Pərvin Abdullayev (Cəngi GK) - Mikayıl Sarızadə (Beyləqan)
Bürünc medal görüşü - Sahil Nadirli (Məhsul İC) - Məhəmmədəli Həsənov (Zenit İC)
Bürünc medal görüşü - Hüseyn Seyfullayev (Cəlilabad) - Kənan Cəfərov (Neftçi İSM)

54 kq
FİNAL - Elsevər Əhədli (Sumqayıt, TİM) - Kənan Vəliyev (Gəncə, Cəngi GK)
Bürünc medal görüşü - Ağamir Cabbarzadə (Lənkəran) - Nurlan Məmmədli (MOİK)
Bürünc medal görüşü - Namaz Rüstəmov (Şəmkir OİK) - Kamran Mirzəyev (Neftçi İSM)

58 kq
FİNAL - İsrafil Yaqubzadə (Şirvan, Neftçi İSM) - Rüstəm İsayev (ROİL)
Bürünc medal görüşü - Əli Şitiyev (Balakən) - Rafiq Davudov (Məhsul İC)
Bürünc medal görüşü - Murad Allahverdiyev (DİN İC) - Zamir Əliyev (Gəncə TİM)

63 kq
FİNAL - Ceyhun Elçiyev (Həyat GK) - Ülvi Qənizadə (Neftçi İSM)
Bürünc medal görüşü - Mirdamət İsmayılzadə (Lənkəran) - Azər Hüseynov (Zəngilan)
Bürünc medal görüşü - Rasim Qazaxov (Balakən) - Arif Niftullayev (Neftçi İSM)

Xəbər 1142 dəfə oxundu.