"Liverpul" "Fənərbaxça"ya rəqib oldu
"Marsel" klubunun yarımmüdafiəçisi Matyeu Valbuenaya təkliflər gəlməkdə davam edir.

"Fənərbaxça"nın ardından "Liverpul" klubu da fransız futbolçunun xidmətində maraqlıdır.

"Mersisaydlılar" 29 yaşlı futbolçu üçün 10 milyon avrosundan keçməyə hazırdır. Lakin Marsel təmsilçisi Valbuenanın transferi üçün daha yüksək məbləğ tələb edir. "Fənərbaxça" və "Liverpul"un bu məbləği verib-verməyəcəyi böyük maraq doğurur.

Qeyd edək ki, Valbuena 2006-cı ildən "Marsel"in şərəfini qoruyur.

Xəbər 999 dəfə oxundu.