Peleqrini komandasını səhv saldı
"Mançester Siti"nin baş məşqçisi Manuel Peleqrini İngiltərə Liqa kubokunu qazandıqdan sonra səhvə yol verib.

BBC-ə danışan təcrübəli mütəxəssis "Mançester Siti" ilə "Mançester Yunayted"i səhv salıb:

Peleqrini oyundan sonrakı açıqlamasında "Mançester Yunayted" kimi böyük bir klubu çalışdırmaqdan çox məmnunam" deyə bildirib.

Qeyd edək ki, "Mançester Siti" finalda "Sanderlend"i 3:1 hesabı ilə məğlub edərək fəxri mükafata sahib çıxıb.

Xəbər 814 dəfə oxundu.