“Tour de Langkawi”də 5-ci mərhələ
Malayziyada Beynəlxalq Velosipedçilər Ittifaqının (UCİ) 2.HC kateqoriyalı çoxgünlük “Langkawi” turu davam edir. İdman.com.az saytı xəbər verir ki, bu gün keçirilən 5-ci mərhələdə iştirakçılar 139.5 km məsafə qət ediblər.

Yürüşdə iştirak edən “Synergy Baku” komandasının üzvlərindən ən yaxşı göstərici almaniyalı Daniel Klemmeyə məxsusdur – o mərhələ qalibindən 1 dəqiqə, 15 saniyə geri qalmaqla 10-cu nəticə göstərib – 3 saat 4 dəqiqə, 43 saniyə.

Azərbaycanın U-23 komandasının üzvü Tural İsgəndərov, avstraliyalı Patrik Leyn və irlandiyalı Metyu Bremmierin də göstəricisi eyni olub, amma onlar fotofinişə əsasən nisbətən aşağı yerdə qərarlaşıblar.

5 mərhələdən sonra Metyu Bremmier dağ mərhələsində əldə etdiyi üstünlüyə görə “qırmızı mayka”nı özündə saxlayır. Sabah keçiriləcək 6-cı mərhələdə iştirakçılar 199.9 km məsafəni qət etməlidirlər. Qeyd edək ki, yarışda 6 Dünya Turu, 5 Pro Kontinental, 7 Kontinental və 3 milli komanda mübarizə aparır. 10 gün davam edəcək yürüşə martın 7-də yekun vurulacaq.

Xəbər 812 dəfə oxundu.