Arda Turan "Milan"ın hədəfində
"Atletiko" (Madrid) klubunun futbolçusu Arda Turan karyerasını İtaliyada davam etdirə bilər.

"Milan" türk yarımmüdafiəçini heyətinə qatmağa hazırlaşır.

Bu transfer üçün A seriyası təmsilçisinin Madrid klubuna 30 milyon avroluq təklif göndərəcəyi bildirilir. Artıq bununla bağlı "Milan" klubu "Atletiko" ilə danışıqlara başlayıb.

Qeyd edək ki, "Atletiko"nun A.Turanın transferinə razılıq verəcəyi iddia edilir.

Xəbər 759 dəfə oxundu.