"Mançester Siti" İngiltərə Liqa kubokunu qazandı
Futbol üzrə İngiltərə Liqa Kubokunun final oyunu keçirilib.

Həlledici görüşdə "Mançester Siti" və "Sanderlend" klubları üz-üzə gəlib.

"Sanderlend" futbolçuları oyunun 10-cu dəqiqəsində hesbda önə çıxsalar da, "şəhərlilər" üç qol vuraraq görüşün qalibi olub və Liqa kubokuna sahib çıxıb.

Qeyd edək ki, Manuel Pelleqrininin komandası sonuncu dəfə 38 il öncə - 1976-cı ildə Liqa kubokunu qazanıb.

2 mart

İngiltərə Liqa kuboku, final

"Mançetser Siti" - "Sanderlend" - 3:1
Qollar: Borini, 10 (0:1), Ture, 55 (1:1), Nəsri, 56 (2:1), Navas, 90 (3:1)

Xəbər 892 dəfə oxundu.