Dünya çempionatına gedəcək heyət məlumdur

Ölkəmizin aqırlıqqaldırma üzrə milli komandası gələn ayın əvvəlində Parisdə start götürəcək dünya çempionatına hazırlığı davam etdirir. 4 nəfərdən ibarət məşqlər korpusu həmin mötəbər yarışda iştirak edəcək idmançıları artıq müəyyənləşdiriblər. Bu barədə məlumatı idman.com.az saytına Azərbaycan Ağır Atletika Federasiyasının icraçı direktoru İsgəndər Əsgərov verib. Onun sözünə görə, yığmamızın çalışdırıcıları iştirak ərizəsinə 10 kişi və 2 qadın atlet daxil ediblər.

Bunlar Valentin Xristov (56 kq), Elxan Əliquluzadə (62 kq), Sərdar Həsənov, Əfqan Bayramov (hər ikisi – 69 kq), Turan Mirzəyev (77 kq), Namiq Cəmilov, Nailxan Nəbiyev (85 kq), İntiqam Zairov, Əlibəy Səmədov (94 kq), Tornike Kokaya (105), Silviya Angelova (48 kq) və Yuliya Dovqaldır (+75 kq).

Əsgərov bildirib ki, Xristovun planetin ən güclülərinin yarışında mübarizə aparması sual altındadır: «Valentinin dünya çempionatında iştirakı Bolqarıstan Ağır Atletika Federasiyasından asıldır. Onlar isə, bizim federasiyadan çox pul istəyirlər. Hər halda, məşqçilər korpusu onun adını iştirak ərizəsinə əlavə edib. Komandamızda hər şey qaydasındadır. Noyabrın 1-də Parisə yola düşürük».

KAMRAN

Xəbər 1356 dəfə oxundu.