Hənbol üzrə rayon birinciliyi
26-27 fevral tarixlərdə Ceyhun Babayev adına Astara şəhər 3 saylı tam orta məktəbin idman zalında yeniyetmələrin IX Respublika Oyunlarına hazırlıq məqsədilə 1999-2000-ci il təvəllüdlü yeniyetmə oğlan komandaları arasında Həndbol üzrə rayon birinciliyi keçirilib.

Yarışda Xocalı faciəsi barədə gənclərə ətraflı məlumatlar verilib və şəhidlərin xatirəsi yad edilib.

4 məktəb komandasının iştirakı ilə keçirilən yarışda birinci və ikinci yerlərə müvafiq olaraq Səncərədi kənd və Şəhər 3saylı tam orta məktəbi komandaları layiq görülüblər.

Yüksək yerlərə layiq görülmüş komandalar Astara RGİİ-nin diplomlarına layiq görülüblər.

Qaliblər 17-22 mart 2014-cü il tarixində Astara Olimpiya İdman Kompleksində Respublika zona birinciliyində Astara rayonun təmsil etmək hüququ qazanıb.

Xəbər 983 dəfə oxundu.