İlk gündə 1 güləşçimiz fərqlənib
Belarusun paytaxtı Minskdə Aleksandr Medvedin mükafatı uğrunda sərbəst və qadın güləşi üzrə böyüklər arasında 44-cü beynəlxalq Qran Pri turniri keçirilir. İdman.com.az saytının məlumatına görə, yarışın ilk günündə komandamız 1 gümüş medal qazanıb.

Turnirin ilk günündə 60 kq-da təmsilçimiz İrina Netreba finala qədər maneəsiz irəliləyib. Finalda yerli güləşçi Anastasiya Huçoka məğlub olan İrina gümüş medalla kifayətlənib.

Bu gün isə, Anjela Doroqan (53 kq) və Məhəmməd Xatiyev (86 kq) mübarizəyə qoşulacaq.

Məşqçi Aslan Ağayevin başçılığı altında Minskə qadın güləşçilərdən Anjela Doroqan (53 kq), İrina Netreba (60 kq) və Nadya Sementsova (69 kq), sərbəst güləşçilərdən Məhəmməd Xatiyev (86 kq) yollanıb.

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Vaqif Zeynallı təmsil edir.

Xəbər 1037 dəfə oxundu.