"Synergy Baku" velosipedçisinin məharəti - FOTOSESSİYA
AVİF mətbuat xidməti Malaziyada keçirilən “Langkawi” turunun 3-cü mərhələsindən fotoreportajı təqdim edir.

İdman.com.az saytının məlumatına görə, "Synergy Baku"nun üzvü Metyu Bremmier bu mərhələdə sprinterlər arasında göstəricisini bir xeyli yaxşılaşdırmaqla liderliyi və “mavi mayka”nı ələ keçirib.

Bremmier dağ mərhələsində nümayiş etdirdiyi çıxışla “qırmızı mayka”nı da özündə saxlayır. bu gün keçirilən 4-cü mərhələdən sonra da velosipedçimiz hər iki maykanın sahibi olaraq mübarizəni davam etdirir.

Xəbər 962 dəfə oxundu.