3 idmançımız Dünya Kubokunda növbəti final mərhələsində
Fevralın 28-də dünya kubokunun seçmə mərhələsinə start verilib. İdman.com.az saytı xəbər verir ki, Azərbaycan milli komandasının üç üzvü kubokun növbəti B final mərhələsinə vəsiqə qazanıblar. Belə ki, idmançılarımız Vladislav Tuzov, Emin Məmmədov və Şəhriyar İsmayılov verilmiş 3.6 km. məsafə üzrə 18 nəzarət məntəqəsində qeyd olunaraq finişə müəyyən edilmiş vaxtdan tez çatmışlar.

Bütün nəzarət məntəqələrində qeyd olunmuş qadın idmançımız Nataliya Əliyeva isə müəyyən olunmuş vaxtdan bir dəqiqə gec qalmaqla növbəti mərhələyə vəsiqə qazana bilməmişdir. Milli komandanın digər iki idmançısı isə bir nəzarət məntəqəsində qeyd olunmamışlar.

Dünya Kubokunun ikinci mərhələsinə isə mart ayının 1-i Bakı vaxtı saat 13:00-da start verilcək.

“Antalya O-Days” turnirinə qatılmış idmançılarmız isə hər iki gün üzrə verilmiş məsafə üzrə nəzarət məntəqələrində qeyd olunmaqla finiş xəttinə vaxtında çatıblar.

Xəbər 2109 dəfə oxundu.