"Barselona" və ya "Real"da çalışmaq istəyirəm"
"Tottenhem"in keçmiş baş məşqçisi Andre-Villaş Boaş çalışdırmaq istədiyi klubların adını açıqlayıb.

"Marca"ya danışan portuqaliyalı mütəxəssis "Barselona" və ya "Real"da (Madrid) işləmək istədiyini bildirib:

"Real" və "Barselona" dünyanın ən yaxşı klublarındandır. Madrid klubu Kataloniya təmsilçisindən daha çox kubok qazansa da, "Barsa" yaxın tarixdə öz sözünü demiş komandadır. Bu klublardan birində çalışmağı çox istəyirəm".

Xəbər 973 dəfə oxundu.