“Synergy Baku” velosiped komandasının üzvü dünya çempionu olub
Azərbaycanın ilk peşəkar velosiped komandası “Synergy Baku”nun üzvü dünya çempionu olmuşdur.

Kolumbiyanın Kali şəhərində keçirilən trek yarışları üzrə dünya çempionatında komandamızın avstraliyalı üzvü Lük Deyvison öz ölkəsinin yığmasının heyətində 4 min metr məsafəyə yürüş yarışlarında fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdır.

Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qanunları idmançılara həm şosse, həm də trek yarışlarında iştirak etməyə imkan verir. Bu da “Synergy Baku”da şosse növündə çıxış edən Lük Deyvisona öz millisi ilə Kolumbiyaya - trek üzrə dünya çempionatına yollanaraq qızıl medal qazanmağa şərait yaratmışdır.

Xəbər 911 dəfə oxundu.