Siyəzəndə “Cəsurlar” hərbi-idman və turizm oyunu üzrə rayon birinciliyi keçirilib
Fevralın 27-də Siyəzən rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə VII-VIII sinif şagirdləri arasında “Cəsurlar” hərbi-idman və turizm oyunu üzrə rayon birinciliyi keçirilmişdir.

Şəhər stadionunda keçirilən yarışda rayon tam orta məktəblərinin 13 komandası qələbə uğrunda mübarizə aparmışdır. Komandalar yarış ərzində təntənəli keçid, mahnı ilə keçid, sıra hazırlığı, müxtəlif maneələri dəfetmə, əleyhqaz geyinmə və digər tapşırıqları yerinə yetirmişlər.

Gərgin mübarizə şəraitində keçən yarışın yekun nəticəsinə əsasən Siyəzən şəhər 5 nömrəli tam orta məktəbin komandası I yeri tutmuş və martın 3-də Quba şəhərində keçiriləcək “Cəsurlar” hərbi-idman və turizm oyununun zona yarışında rayonu təmsil etmək hüququ qazanmışdır. Şəhər 6 nömrəli tam orta məktəbin komandası II, şəhər 3 nömrəli tam orta məktəbin komandası isə III yerə çıxmışdır. Fəxri yerləri tutmuş komandalar rayon Gənclər və İdman idarəsi tərəfindən fəxri fərmanlarla təltif olunmuşdur.

Xəbər 1078 dəfə oxundu.