"İnter" "Xəzər Lənkəran"la oyuna hazırdır
Topaz Premyer Liqanın 24-cü turu çərçivəsində səfərdə "Xəzər Lənkəran"ın qonağı olacaq "İnter" klubu matçın keçiriləcəyi Lənkəran şəhər stadionunda məşqə çıxıb.

İdman.com.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, yüngül xarakterli məşq prosesi 1 saat çəkib.

Qaçışdan və isinmə hərəkətlərindən sonra futbolçular topla çalışıblar.

Qeyd edək ki, "Xəzər Lənkəran" - "İnter" qarşılaşması bu gün, saat 16:00-da başlayacaq.

Xəbər 924 dəfə oxundu.