"Barselona" "Yuventus"un futbolçusunu istəyir
"Yuventus" klubunun yarımmüdafiəçisi Artur Vidal daha bir İspaniya nəhənginin maraq dairəsinə düşüb.

Madrid "Real"ının ardından "Barselona" klubu da çilili futbolçunun xidmətində maraqlıdır.

Kataloniya təmsilçisinin baş məşqçisi yeni mövsümdən Vidalı komandasında görmək istəyir. Lakin "Yuventus" təcrübəli futbolçunu satmaq niyyətində deyil. Bununla belə, Vidalın yüksək məbləğ qarşılığında Turin klubundan ayrılacağı gözlənilir.

Qeyd edək ki, "Real" klubu bir müddət öncə Vidalın transferi üçün "Yuventus"a 50 milyon avro təklif etmişdi.

Xəbər 898 dəfə oxundu.