Kasilyasın seriyası qırıldı
"Real" (Madrid) klubunun qapıçısı İker Kasilyasın "quru" seriyası qırılıb.

Təcrübəli qolkiper Çempionlar Liqasının 1/8 finalında "Şalke" ilə matçın 90+1-ci dəqiqəsində qapısında qol görüb.

Ardıcıl 8 oyunda qapısını toxunulmaz saxlayan Kasilyas bu uğurlu seriyanı davam etdirməyi bacarmayıb. Bununla da, ispan qapıçı 952 dəqiqənin tamamında qapısında top görüb.

Qeyd edək ki, "Şalke" - "Real" oyunu 1:6 hesabı ilə qonaqların xeyrinə başa çatıb.

Xəbər 868 dəfə oxundu.